Skip to main content

Travelport Universal API

Bütün səyahət məzmunları bir yerdən əldə etmək

Ümumi baxış

Veb səhifənizdə fərqli məzmunlara daxil olmaq, səyahətlə əlaqəli bütün məhsulların ticarəti, shop&book əməliyyatları üçün çoxsaylı API ilə işləmək məcburiyyətində qalmısınızsa Travelport həyatınızı əhəmiyyətli dərəcədə dəyişə bilər.

Travelport Universal API tək bir bağlantı üzərindən aşağı qiymətli hava yolları, sürət qatarları, GDS-də olmayan otelləri bir API bağlantısı ilə bir çox mənbədən məlumat toplayır. Bir API təmin etməklə Travelport proqramçılara bir çox məhsul mənbəyinə daxil olmağa imkan verən bir tətbiq yaratamaq vaxtını azaldır və bazara çıxış müddətini tezləşdirir. Travelport ilə tək bir müqavilə və üstün müştəri dəstəyi də bu prosesi asanlaşdırır.

 

Üstünlükləri və xüsusiyyətləri:

Çoxsaylı API öyrənilməsi və yoxlanması ilə əlaqəli xərcləri azaldır.

Bu, şirkətlərə daha yaxşı məzmun və daha zəngin səyahət tətbiqləri qurmağa imkan verir.

Bir çox mənbədən məhsulun tərkibinə daxil olmağı təmin edir (ATPCO, Direct Connect, Low Cost Carriers).

Developerlərə, onlayn səyahət agentlikləri (OTAs) və öz ticarət nöqtələri ilə səyahət agentliklərinə internetdə yerləşdirmə, veb həllər və ya mobil tətbiqetmələr üçün səyahət əlaqəli tətbiqlərin inkişafını optimallaşdırmaq üçün imkanlar yaradır.

Ümumi quruluşdan asılı olan standart və təhlükəsiz bir proqramlaşdırma mühitini təmin edən sənaye standartları ilə səyahət əlaqəli tətbiqlərin yazılmasını sürətləndirir.

İstifadəçilər Universal API ilə birləşdirilmiş xüsusiyyətlər və məzmun əlavə etməklə mövcud tətbiq paketlərini genişləndirməyi seçə bilər və ya Universal API –ni tam bir həll yolu kimi tətbiq edə bilərlər.

Universal API sxemi, hər hansı bir məzmun təminatçısı üçün istədiyi yöndə istifadəsi üçün də uyğunlaşdırılmışdır.

Galileo UAPI-nın inteqrasiyası ilə əlaqəli demonu incələmək üçün linkə daxil olun: https://demo.travelportuniversalapi.com/

 

İmkanlar

Biznesinizi inkişaf etdirməyə hazırsınız?

Hava yolları üçün həllərimiz haqqında daha çox məlumat əldə etmək üçün elə bu gün bizimlə əlaqə saxlayın